top of page

Təklif etdiyimiz ingilis dili proqramı sizin real həyatda özgüvənlə effektiv ünsiyyət qura bilməyiniz üçün xüsusi incəliklə hazırlanmışdır. Siz başlanğıc (A1) səviyyəsindən ən yüksək səviyyəyə (C1/C2) qədər olan qruplarımızda ingilis dilinizi mükəmməlləşdirə bilərsiniz. Balanslaşdırılmış proqramımız qrammatika, söz bazası, tələffüz bacarıqlarınızı inkişaf etdirməklə yanaşı, danışıq, dinləmə, oxuma və yazma bacarıqlarınızı da paralel şəkildə təkmilləşdirməyi nəzərdə tutur. Effektiv tədris nəticəsində siz ingilis dilini asanlıqla işinizdə, təhsilinizdə və həmçinin səyahət zamanı istifadə edə biləcəksiniz. Həmçinin gələcəkdə IELTS və ya TOEFL kimi beynəlxalq ingilis dili sertifikatları əldə etmək üçün tələb olunan ingilis dili biliklərinə yiyələnəcəksiniz.

 

İngilis Dili kursu paketinə daxildir:  

  • Ümumi İngilis Dili dərsləri: həftədə 3 dəfə - hər biri 90 dəqiqə olmaqla;

  • Dərslərdən əlavə həftədə 1 dəfə Danışıq Klubu (Conversation Club);  

  • Kitab və bütün əlavə dərs vəsaitləri;  

  • İngilis dilini effektiv istifadə etmək üçün xüsusi təlimlər;  

  • Xaricdə təhsil konsultasiyası;

 

Siz sadəcə aylıq  100 AZN  ödəməklə yuxarıda sadalanan bütün xidmətlərdən yararlana bilərsiniz.

elimdar3.png
bottom of page